Zelenski qadınlarla bağlı qanunu təsdiqlədi

Ukrayna Prezidenti Volodimir Zelenski qadınların könüllülük əsasında hərbi xidmətdə qeydiyyata alınması haqqında qanunu imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, müvafiq sənəd Ali Radanın saytında dərc olunub.

Qeyd edək ki, oktyabrın 7-də Ukrayna parlamenti peşəsi hərbi ixtisasa yaxın olan, yaşı və sağlamlıq vəziyyəti imkan verdiyi halda qadınların könüllü şəkildə hərbi qeydiyyata alınması haqqında qanun qəbul edib.

 

Exit mobile version