Zakir Fərəcovu məhkəməlik edən bacısı oğlu bankdan külli miqdarda kredit götürübmüXəbər verdiyimiz kimi, “Paşa Bank” Açiq Səhmdar Cəmiyyəti (ASC) Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Fərəcov Zakir Fərəc oğlunu məhkəməyə verib. Buna səbəb Zakir Fərəcovun birbaşa tabeçiliyində olan “Sumqayıt Nəqliyyat-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəSumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) banka külli miqdarda kredit borcunun olmasıdır.
32gun.az xəbər verir ki, Azərbaycan Qanunvericiliyini kobud şəkildə pozaraq rəhbərlik etdiyi dövlət icra orqanının tabeliyindəki MMC-yə öz bacısı oğlunu təyin edib.
Saytımıza daxil olan məlumata görə, iİcra baçısının bacısı oğlu Elgiz Fərəcov Novruz oğlu “Sumqayıt Nəqliyyat-1” MMC-yə rəhbər rəhbər təyin olduqdan sonra şəhərin nəqliyyat təsərrüfatının yenilənməsi adı ilə sözügedən bankdan külli miqdarda kredit götürüb.
Amma buna baxmayaraq Sumqayıt əhırində hələ də Ziya Məmmədovun dövründə alınana, istismar müddəti bitmiş avtobuslar fəaliyyət göstərir. Götürülən kreditin aqibətindən isə heç bir xəbər yoxdur.
Ehtimal edilir ki, sözügedən vəsaitin böyük hissəsi zakir fərəcovun qeyri-rəsmi özünəməxsus biznes obyektlərinin tikintisi təmirinə xərclənib.
Qeyd edək ki, İşə avqustun 31-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Alıyevanın sədrliyi ilə baxılacaq. Cavabdeh qismində məhkəmədə Fərəcov Zakir Fərəc oğlu da dindiriləcək. Ehtimal olunur ki, odəniş olması üçün vaxt təyin ediləcək.
Xatırladaq ki, KİV-də yayılan məlumata görə, Fərəcovlar ailəsinin biznes imperiyasını təqdim edir:
RESTORAN və OBYEKTLƏR:
MƏNZİL və VİLLALAR:
ŞİRKƏTLƏR:
Əslində, İradə Gülməmmədovaya məxsus biznesin 90%-i Zakir Fərəcova da məxsusdur.
QOHUMLUQLAR:
Azərbaycanda və Türkiyədə. İzmirdə eyni adlı restoranı var. NORF-un mənası, budur: Nazimin Oğlu Ruslan Fərəcov. Yəni baş hərflər.
Bunlar Sumqayıt icra hakimiyyətindəki mənbələrə istinadən sadəcə mənə məlum olanlardır.
Zakir Fərəcovun daşınmaz əmlakı, ticarət şəbəkələri, restoran, şadlıq sarayları, özünə və övladlarına aid villalar, gizli şirə istehsalı müəsisələri, torpaq sahələri, mağazalar şəbəkəsi milyonlarla manata ölçülür.”