Dünya

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı açıqlandı

Yaponiyanın qərbindəki İsikava prefekturasında və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə 24 nəfər həyatını itirib.

“Qafqazinfo” bu barədə xarici KİV-ə istinadən xəbər verir ki, dünən Noto yarımadasında və qərbdəki İsikava sahillərində 5-7 bal gücündə bir neçə zəlzələ baş verib.

Belə ki, Yaponiyanın qərbində son 2 saat ərzində 5-7,6 bal gücündə daha 9 zəlzələ baş verib.

Açıqlamada həmçinin gecə ərzində bölgədə 4-5 bal gücündə bir neçə yeni zəlzələnin baş verdiyi bildirilib.

Bildirilib ki, zəlzələlərdən sonra magistral yollar dağılıb, 14 nəfərin müxtəlif nöqtələrdə dağıntılar altında xilas olunmağı gözlədiyi müəyyən edilib.

 


What's your reaction?

Related Posts

1 of 1.345

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.