İçtimailəşdirdiyimiz mövzuyla bağlı redaksiyamızla bir xanım əlaqə saxlayaraq Tural Kazımovun əmisi qızı olduğunu bildirərək xahiş etdi ki bu yazını silək. Xanım əlavə olaraq bizdə mərhəmət hissini aşılamaq üçün Tural Kazımovun valideyinlərinin olmadığını kimsəsiz biri olduğunu qeyd etdi. Kiçik jurnalist araşdırmamız nəticəsində Turalın valideyinlərinin olduğunu hətta qardaşının da olduğu aşkar oldu. Düzdür bunlar Tural Kazımovun bu hərəkətinə haqq qazandıracaq və yaxud yazının silinməsinə rəvac verəcək heç bir tərəfi yoxdur. Yenədə biz araşdırdıq.
Sayt olaraq bizdə olan məlumata görə bölükdə fotonun kimin çəkdiyi araşdırılır. Biz isə məsləhət görərdik ki fotonun kimin çəkməsiylə deyil Tural Kazımovdan niyə yatmasını qanunlara biganə yanaşması maraqlanılsın. Bəlkədə Tural Kazımov bir {silah kaburası} alsaydı belə də olmazdı.
Hörmətli oxucularımız silah kaburası məsələsinə qayıdacağıq. Araşdırmalarımız davam edir.
Mövzu diqqətimizdədir.