Bölgələr

Xankəndiyə addım-addım yaxınlaşırıq… Dünən Xocalıda nə baş verib?

Rusiya Müdafiə Nazirliyi ötən gün Xocalıda atışmanın olduğu haqda məlumat yayıb.

Atışmalara görə adətən Azərbaycanı günahlandıran Rusiya bu dəfə konkret heç nə qeyd etməyib.

Məlumatda, sadəcə Xocalıda atışma ilə bağlı 4 faktın qeyd olunduğu iddia edilir.

Azərbaycan tərəfinin atışma ilə bağlı heç bir rəsmi məlumatı yoxdur.

Bu baxımdan, Rusiya Müdafiə Nazirliyinin məlumatının iddiadan başqa bir şey olmadığı da istisna edilməməlidir və aydındır ki, məqsəd Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiya prosesinin qarşısını almaqdır.

Bu iddia xüsusilə separatçı-rejimin Bakıya görüşmək istəklərini bildirməsi fonunda diqqət çəkir.

Görüş üçün Bakıya gəlməkdən imtina edən separatçılar təmasların Xocalıda keçirilməsini istəyir və bununla reinteqrasiya prosesini pozaraq, özlərini “tərəf” kimi göstərirlər.

Onların görüş təklifi də beynəlxalq ictimaiyyətə “təmaslarda maraqlı” olduqlarını nümayiş etdirməkdir. Lakin belə təkliflərə paralel olaraq, “reinteqrasiyanın mümkünsüzlüyünü” sübut etmək məqsədilə Qarabağda qarşıdurmanın yaşanacağı təxribatlara da əl atacaqları da gözlənilir.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.