Dünya

Vurulan gəmi Mənsimovundur – YENİLƏNİB

 

Bu gün Rusiya tərəfdən hücuma məruz qalan Türkiyəyə məxsus “Royad Məmmədov” gəmisinin “Palmali” şirkətinə məxsus olduğu bildirilir.

 

Obyektivtv.az Bakıvaxtı.aza istinadən xəbər verir ki, şirkət 2022-ci ildə gəmilərindən birinə II Qarabağ müharibəsinin şəhidi Röyad Məmmədovun adını verib.

 

Röyad Məmmədov Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2020-ci il noyabrın 8-də şəhid olub.

 

Qara dənizdə Rumıniyanın ərazi sularından kənarda üzən gəmidə yanğın baş verib.

 

Bakıvaxtı.az-ın xəbərinə görə, Rumıniya xilasediciləri 11 nəfəri xilas etsə də, iki nəfər həyatını itirib.

 

Hadisənin səbəbləri ilə bağlı hələlik məlumat yoxdur.

 

İddiaya görə, gəmi Türkiyəyə məxsus olub və taxıl yükü daşıyıb.

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir