Bu gün saxlanılan polkovnik Seymur Qurbanov barəsində həbs-qətimkan tədbiri seçilib.
Prokuror Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanovun həbsini tələb edib.
Bakı Hərbi Məhkəməsi Hərbi Prokurorluğun təqdimatını əsaslı hesab edib.
Sabah çimərliklərdə gözlənilən hava şəraiti
Maaş artımı kimlərə şamil olunacaq? – CAVAB
Azərbaycanlı alim miqrenin dərmanını tapdı
Qərara əsasən, Seymur Qurbanov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanov saxlanılıb.
Lent.az “qafqazinfo”ya istinadən xəbər verir ki, S.Qurbanov korrupsiya cinayətlərində və dələduzluqda şübhəli bilinir.
Hazırda polkovnikin prokurorluqda ifadəsi alınır.
Xatırladaq ki, ötən gün Xidmətin Daşkəsən rayon şöbəsinin rəisi mayor Anar Əsgərov da həbs olunub.