Şuşa yolunda yük maşını aşdı: Ölən var

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda

ölümlə nəticələnən qəza baş verib. Bununla bağlı AzTV məlumat yayıb.

 

Belə ki, yolun 64-cü kilometrliyində 99-XU-742 dövlət nömrəli yük maşınının sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi uçuruma yuvarlanıb.

 

Qəza nəticəsində sürücü həlak olub.

Exit mobile version