Cəmiyyət

Sabiq ANS-çi səfir oldu – FOTO

Bu gün Prezident İlham Əliyevin sərəncamı Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

 

Obyektivtv.az “Yeni Sabah” a istinadən xəbər verir ki, Nərminə Mustafayeva Naxçıvan şəhərində anadan olub.

 

O, əvvəllər jurnalist kimifəaliyyət göstərib, 1990-cı illərin sonu-2000-ci illərin əvvəllərində ANS televiziyasında müxbir kimi çalışıb, “Xəbərçi” proqramının aparıcısı olub. pizza

 

Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanınan telejurnalist daha sonralar Prezident Administrasiyasının Protokol xidmətində işləyib.

 

Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.

 

O, 2016-2020-cı illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu vəzifəsini tutub.

 

Nərminə Mustafayeva bakalavr təhsilini Azərbaycan Dövlət Dillər Universitetində alıb. Eyni zamanda, ABŞ-ın Virciniya ştatındakı Old Dominion Universitetində Beynəlxalq biliklər üzrə magistr dərəcəsi əldə edib.Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2018-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

 

Evlidir, üç övladı var.

 

İngilis, rus və türk dillərini bilir.

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir