Saatlı rayonunda 2005-ci il təvəllüdlü Kamran xalasının əri, 1978-ci il təvəllüdlü Ələsgəri (adlar şərti verilib – red.) qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Kamran xalası Gülnarənin qeyri-rəsmi ər-arvad münasibətində olduğu Ələsgərlə birlikdə yaşadıqları müddətdə onun xoşagəlməz davranışlarını qəbul etməyib.
2023-cü ilin iyunun 4-də, gecə saat 00:30-da o, yüngül dərəcəli sərxoşluq vəziyyətində olan Ələsgərlə mübahisə edib. Mübahisə zamanı Ələsgər Kamranın və ailə üzvləri olan mərhum anasının, xalalarının ünvanına dəfələrlə nalayiq söyüşlər, təhqiramiz ifadələr işlədib.
Kamran yemək stolunun üzərində olan bıçağı götürüb, həyətdə Ələsgərin sağ döş qəfəsi nahiyəsinə ardıcıl zərbələr vurub. Ələsgər aldığı xəsarətlərdən vəfat edib.
İstintaq orqanı tərəfindən Kamranın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamran elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, atası ilə mərhum anası 3-4 yaşı olarkən ayrılıblar:
“Anam 2016-cı ildə avtoqəza nəticəsində vəfat etdi. Bundan sonra xalam Gülnarənin himayəsində onunla birgə yaşamışam. Xalam təxminən 10 ilə yaxın Saatlı şəhər sakini Ələsgərlə qeyri-rəsmi nikah münasibətində olub. Onların arasında mütəmadi olaraq mübahisə olurdu. Ələsgər spirtli içki aludəçisi idi, tibbi spirtlə suyu qarışdırıb içirdi. Sərxoş vəziyyətdə dəfələrlə mənim və xalamın ünvanına nalayiq ifadələr, söyüşlər işlədirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 3-də saat 18 radələrində Ələsgər tibbi spirti suya qataraq içdikdən sonra xalası Gülnarə ilə yenidən mübahisəyə başlayıb: “Xalamı təhqir etdi, amma xalam onu həmişəki kimi yola verdi. Ciddi bir mübahisə olmadığına, evdə sakitlik yarandığına əmin olduqdan sonra təxminən saat 20 radələrində evdən çıxdım, yoldaşlıq etdiyim Ayaz və Əli adlı dostlarımla Bayraq meydanı yaxınlığında görüşdüm”.
Kamranın sözlərinə görə, iyunun 4-də, təxminən saat 00:30-da xalası Könül ona zəng edib və Gülnarə ilə Ələsgərin yenidən savaşdıqlarını, Gülnarənin onlara gəldiyini deyib:
“Könül xalam məndən evə gəlməyimi istədi. Dərhal evə yollandım. Həyətə çatdıqda Gülnarə xalam Könülgildən çıxdı, birlikdə yaşadığımız evə tərəf getdik. Evdə Ələsgərdən xalamla nə səbəbə dalaşdığını soruşdum. Ələsgər üzərimə yeridi. Mənim və Gülnarənin, həmçinin mərhum anamın ünvanına nalayiq sözlərlə söydü. Yenidən Gülnarənin üzərinə hücum etdi. Gülnarə Könülgilə tərəf qaçdı.
Ələsgər məni yenidən təhqir etdi. Anamın gorunu, ruhunu təhqir etdikdən sonra mübahisəmiz başladı. Ona mübahisəni çöldə davam etdirməyi dedim. Bu səbəbdən həyətə düşdük, daha sonra küçəyə çıxdıq. Ələsgər məndən nə söhbət aparacağımı soruşdu, mənim heç kim olduğumu dedi. Sifətimin sol tərəfindən yumruqla vurdu. Vurduğu zərbədən sonra sərxoş olduğundan özü də yerə yıxıldı. Yıxılanda məni də özü ilə yerə dartdı. Ələsgəri cavab olaraq vurmadım. O, yerdən qalxaraq evə keçdi”.
Xəstəxanasında işləyən qonşumuz zəng etdi, qardaşım Ələsgərin bıçaqlandığını, vəziyyətinin ağır olduğunu dedi.
Mən xəstəxanaya getdikdə Ələsgərin artıq öldüyünü bildim. Qardaşımın Gülnarənin onlarla birgə yaşayan bacısı oğlu Kamran tərəfindən bıçaqlanaraq qətlə yetirildiyini öyrəndim”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kamran 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Obyektivtv.az