Şəmkirdə polisə bıçaqlı hücum – Atəş açıldı

 

Obyektivtv.az-ıın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, yol polisi sürücüyə yaxınlaşaraq, özünü təqdim edib, saxlama səbəbini izah edərkən, sürücünün spirtli içkinin təsiri altında avtomobil idarə etməsi barədə əsaslı şübhələr yaranıb.

Polis əməkdaşının müvafiq sənədləri və həkim müayinəsi tələbinə tabe olmayan Şəmkir rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Hüseynov özünəməxsus cib bıçağı ilə polis əməkdaşına xəsarət yetirməyə çalışıb. Aparılan profilaktiki söhbət fayda vermədiyindən polis əməkdaşı tərəfindən havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sürücü tərki silah edilərək saxlanılıb və Şəmkir rayon Polis Şöbəsinə təhvil verilib.

Fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Exit mobile version