Səhiyyə Nazirliyi apteklərdə dərman qıtlığının yaranmasına münasibət bildirib

Adrenalin – Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınan dərmanları istənilən şirkət maneəsiz olaraq ölkəyə gətirə bilər.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bir sıra dərmanların satışda tapılmamasına aydınlıq gətirilərkən bildirilib.

Qeyd olunub ki, mərkəzin laboratoriyalarında ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur: “O ki, qaldı “niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ Səhiyyə Nazirliyi və Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir”.

Xatırladaq ki, son zamanlar apteklərdə adrenalin tərkibli dərmanların qıtlığı müşahidə olunur.

Exit mobile version