Səhhəti ağırlaşan Xalq artisti Arif Babayev Bakıya yola salınıb

Səhhəti ağırlaşdığına görə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xalq artisti Arif Babayev Bakıya yola salınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

Bildirilib ki, muğam ustası xüsusi ambulansla, təcili yardım həkimlərinin müşayiətilə paytaxta gətirilir.

“Qax Rayon Mərkəzi Xəstəxanasında bir gün qalıb. Lazımi müalicələrə baxmayaraq vəziyyətində irəliləyiş olmayıb. Hazırda səhhəti ağır stabil olaraq qalır. Huşu aydın deyil. Mərkəzi Gömrük Hospitalına aparılır”, – A.Babayevin yaxınları söyləyib.

Xatırladaq ki, may ayında da sənətkarın səhhəti ağırlaşmış və Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi.

Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.

Xalq artisti Arif Babayevin son vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 23-ü, saat 17:30-da Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“Pasiyent dərhal intubasiya olunaraq, süni tənəffüs dəstəyi ilə təmin olunub. Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir. Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır”, – deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Report”a onun oğlu Yaşar Babayev məlumat verib.

Y.Babayev qeyd edib ki, atasının vəziyyəti ağırlaşıb və tibb müəssisəsinə yerləşdirilib: “Həkimlər əllərindən gələni edirlər. Bu gün təcili tibbi yardım maşını ilə Bakıya aparacağıq”.

 

Exit mobile version