“Ermənistan 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan rəsmən çıxmayıb”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Aleksey Overçuk “Birinci Kanala” açıqlamasında deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, regionda kommunikasiyaların blokdan çıxarılması məsələsində hələ də irəliləyiş yoxdur:
“Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin qarşısının alınması üzrə üçtərəfli işçi qrupu çərçivəsində təxminən ilyarımdır ki, heç bir irəliləyiş yoxdur. Bu, yalnız Rusiyanın iştirakı ilə mümkündür”.