Belə ki,31.08.2022-ci il tarixində Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov tərəfindən Əmək Məcəlləsinin 70ç maddəsi ilə kargüzarlıq şöbəsindən işdən çıxarılmışam. Bundan sonra müxtəlif dövlət orqanlarına şikayət etmişəm.Hələ ki,haqq-ədaləti bərpa edə bilməmişəm.

Bu fikirləri Turantv.az saytının elektron poçt ünvanına Nərmin Qəzənfərovanın şikayət məktubunda qeyd olunub. Daha sonra şikayət məktubunda deyilir:

Sonuncu dəfə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Vitse prezidentinə, Maliyyə nazirinə etdiyim şikayətlərimə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən baxılmışdır.

Mənə göndərilən məktubda bildirilir:

Nərmin Qəzənfərovaya müraciətinin əmək fəaliyyətinə aid hissəsi fərdi əmək mübahisəsinin predmeti olduğundan, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilir. Bu barədə 25.10.2023-cü il tarixində mənə (Nərmin Qəzənfərovaya) ünvanlanmış məktubda qeyd edilir. Yəni, açıq şəkildə ​ bildirilir ki, Nərmin Qəzənfərovanı (məni)TƏBİB rəhbərliyi deyil, Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov işdən çıxarıb. İstəyirsə,onun qərarından məhkəməyə müraciət edə bilər.

Eləcə də, ​ bildirilib ki, tərəfimdən korrupsiya hüquqpozmaları ilə bağlı konkret hallar barədə məlumat verildiyi və bu halları təsdiq edən sübutlar təqdim edildiyi təqdirdə, aparılan araşdırmaların tamamlanması təmin ediləcəkdir.

Şikayətimdən mənə ünvanlanmış məktubun tərəflərindən irəli​ gələn bir şəkildə məhkəməyə və əmək kitabçamda qısa müddətdə verilən əmrlərin uyğunsuzluq təşkil etdiyini əsas kimi götürüb,hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişəm.Çünkü operatp işimdən kərgüzarlıq işinə adladıldım.Kərgüzarlıq işimdə işlədiyim müddətdə məlum oldu ki,məndən xəbərsiz Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov məni xadimə işinə rəsmiləşdirib.Bundan məvacibimi alanda xəbər tutdum.Baxdım ki,aldığım məvacib kərgüzarlıq işimdəki məvacibdən artıqdır.Şübhələndim,elektron sistemə girib baxanda gördüm ki,xidmətçi kimi rəsmiyyətdəyəm.Şikayət edəcəyimi bildirdim.Tez məni öz işimə qaytardı.Elə həmin ay da məni şərləyərək​ Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov 70ç maddəsi ilə işdən çıxartdı.Bu 1 ayın içində baş verdi.Guya mən işə gəlmirəmmiş,gecikirəmmiş.İşə gəlmirdimsə,gecikirdimsə niyə mən operator işləyəndə çıxardılmadım.Və yaxud kərgüzar işinə başlayana işə gecikmədim.Sadəcə deyə bilmir ki,Nərmin Qəzənfərovanın yerini ​ 2 dəfə “satdım”.Operator və kərgüzarlıq işlərini.Mənə dedi ki,Xadimə kimi səni rəsmiyyətə salmışam.Bunu qəbul elə,amma işləməyəcəksən.Xadimə məvacibini alarsan,iş bununla bitsin.Qəbul etmədim.Sonra şərlənib işdən çıxarıldım.1 ayın içində əvvəl xadimə,sonra kərgüzar işləri əmr kitabımda var.Həmçinin həmin ayda işdən çıxarılmağım.Nə oldu hər şey bir ayda baş verdi.Xəbərdarlıqsız,sonra töhmətsiz,şiddətli töhmətsiz adam çıxardırlar işdən

.İndi TƏBİB rəsmisi məktubunda qeyd edir ki,”korrupsiya hüquqpozmaları ilə bağlı konkret hallar barədə məlumat verildiyi və bu halları təsdiq edən sübutlar təqdim edildiyi təqdirdə, aparılan araşdırmaların tamamlanması təmin ediləcəkdir”.Məgər 1 ayın içində​ əmək kitabçasında verdiyi əmrlər,qanun pozuntusu deyil ki,bunlar sənəd fakt axtarışına çıxıblar.

Necə vicdanlarına sığışdırırar ki,iki uşaq anasını işdən çıxardırlar,özüdə elə bir maddə ilə ki,özünə heç yerdə iş tapa bilməsin .

TƏBİB rəsmisi də,Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov da hansı haqla danışırlar bilmirəm.Həyat yoldaşım mövsümü işləyir,özümdə işsiz.Təsəvvür edin bunların daşıdıqları ​ vicdanını.Yazılanlara açıqlama versin bunların ictimaiətlə işləyən mətbuat katiblikləri.Görüm onlar nə deyəcəklər.

Diqqətinizə görə təşəkkür edirəm.

Qəzənfərova Nərmin Rahim qızı