Qurban kəsirik: nəyi bilməliyik?

Xəbər verdiyimiz kimi, bu il Azərbaycanda Qurban bayramı 16-17 iyun tarixlərində qeyd ediləcək. İslam aləminin ən müqəddəs günlərindən sayılan Qurban bayramının əsas əməli qurban kəsərək ehtiyac sahiblərini sevindirməkdir.

“Qafqazinfo” “İslam.az”a istinadən qurban kəsəcək (kəsdirəcək) hər bir şəxsin bilməli olduğu məlumatları təqdim edir:

Qurban kəsilən heyvan üçün şəriətdə tələb edilən şərtlər hansılardır?

Qurbanlıq heyvan hər şeydən əvvəl sağlam və nöqsansız olmalıdır. Kor, buynuzsuz, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı Allah yolnda qurban kəsmək ədəbsizlikdir və günahdır. Heyvan xəstə və zəif olmamalıdır, qocalıb əldən düşmüş sayılmamalıdır. Dəvənin ən azı 5 yaşı bitib 6-cı ilə keçməlidir. İnəyin və keçinin 2 yaşı bitib 3-cü ilə keçməsi kifayət edər. Qoyun isə ən azı 7 ayını başa vurub 8-ci aya keçməlidir; amma ehtiyata görə, qoyunun bir ilinin tamam olması daha yaxşıdır.

Qurbanlıq heyvan mütləq erkək olmalıdır? Dişi heyvanı qurban kəsmək olarmı?

Qurbanlıq heyvanın erkək olması vacib şərt deyil. Erkək olması barədə təsəvvürlər yəqin ki, ilk növbədə Həzrət İsmailin (ə) əvəzinə endirilmiş heyvanın erkək cinsindən (qoç) olması ilə bağlıdır.üzüldükdən sonra heyvanın hərəkət etməsini (gözünü qırpması, ayağını ya quyruğunu tərpətməsi və s.) lazım bilmişlər. Müasir müctəhidlər bunu yalnız heyvanın boğazı kəsilməzdən əvvəl diri olub-olmaması məsələsi şübhəli olduğu hallarda şərt bilirlər (yəni heyvanın kəsilməzdən əvvəl ölməsi şübhəsi yaranarsa). Qurban kəsərkən bəzi şərtlərə riayət etmək müstəhəbdir. Məsələn, qoyunun qabaq ayaqlarını və arxa ayaqlarından birini bağlamaq, bir ayağını açıq saxlamaq (boğazı kəsiləndən sonra qanın axması üçün hərəkət etməsinə şərait yaratmaq məqsədi ilə). İnəyin bütün ayaqlarını bağlayıb, quyruğunu açıq saxlamaq, dəvənin qabaq ayaqlarını aşağıdan dizinə kimi və ya sinəsinə kimi bağlayıb, arxa ayaqlarını açıq saxlamaq müstəhəbdir. Qurban kəsən adamın özünün də üzü qibləyə durması, heyvanı kəsməzdən əvvəl qabağına su qoyaraq içməsinə imkan verməsi də müstəhəb şərtdir. Həmçinin, heyvana əziyyət olmasın deyə, bıçağı itiləmək və boğazını tez üzmək məsləhətdir. Buna görə də, heyvan kəsə bilməyən və təcrübəsi olmayan adamın bu işi təcrübəli bir şəxsə həvalə etməsi daha yaxşıdır. Əksinə, heyvanı başqa heyvanların gözü qarşısında kəsmək, boyundan başlayaraq boğaza doğru kəsmək, canı bədənindən çıxmayınca başını üzmək məkruhdur. Həmçinin, zəruri ehtiyac olmadan cümə gününə keçən gecə və cümə günü günortaya kimi heyvan kəsmək də məkruhdur. (Əlbəttə, əgər Qurban bayramı cümə gününə təsadüf edirsə, bu məkruhluq aradan qalxar).üzüldükdən sonra heyvanın hərəkət etməsini (gözünü qırpması, ayağını ya quyruğunu tərpətməsi və s.) lazım bilmişlər. Müasir müctəhidlər bunu yalnız heyvanın boğazı kəsilməzdən əvvəl diri olub-olmaması məsələsi şübhəli olduğu hallarda şərt bilirlər (yəni heyvanın kəsilməzdən əvvəl ölməsi şübhəsi yaranarsa). Qurban kəsərkən bəzi şərtlərə riayət etmək müstəhəbdir. Məsələn, qoyunun qabaq ayaqlarını və arxa ayaqlarından birini bağlamaq, bir ayağını açıq saxlamaq (boğazı kəsiləndən sonra qanın axması üçün hərəkət etməsinə şərait yaratmaq məqsədi ilə). İnəyin bütün ayaqlarını bağlayıb, quyruğunu açıq saxlamaq, dəvənin qabaq ayaqlarını aşağıdan dizinə kimi və ya sinəsinə kimi bağlayıb, arxa ayaqlarını açıq saxlamaq müstəhəbdir. Qurban kəsən adamın özünün də üzü qibləyə durması, heyvanı kəsməzdən əvvəl qabağına su qoyaraq içməsinə imkan verməsi də müstəhəb şərtdir. Həmçinin, heyvana əziyyət olmasın deyə, bıçağı itiləmək və boğazını tez üzmək məsləhətdir. Buna görə də, heyvan kəsə bilməyən və təcrübəsi olmayan adamın bu işi təcrübəli bir şəxsə həvalə etməsi daha yaxşıdır. Əksinə, heyvanı başqa heyvanların gözü qarşısında kəsmək, boyundan başlayaraq boğaza doğru kəsmək, canı bədənindən çıxmayınca başını üzmək məkruhdur. Həmçinin, zəruri ehtiyac olmadan cümə gününə keçən gecə və cümə günü günortaya kimi heyvan kəsmək də məkruhdur. (Əlbəttə, əgər Qurban bayramı cümə gününə təsadüf edirsə, bu məkruhluq aradan qalxar).

Qurbanlıq ətini necə bölüşdürmək lazımdır?

Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürə bilər. Yerdə qalan iki hissədən birini də öz qonşularına və dostlarına (ehtiyaclı olmasalar belə) verə bilər. Bir hissəni isə mütləq ehtiyacı olanlara (özü də qohum olmayan yad adamlara) paylamalıdır.

Qurbanlıq heyvanın hansı bədən üzvlərini yemək olmaz?

Qurban niyyətilə yaxud başqa niyyətlə kəsilməsindən asılı olmayaraq, heyvanın bədəninin bəzi üzvlərini yemək İslam şəriətində haram sayılır. Bu bədən üzvlərinin sayı əksər alimlərin fikrincə 14-dür: qan, peyin, erkək heyvanın cinsiyyət üzvü, dişi heyvanın cinsiyyət üzvü, balalıq, düşul adlı vəzi, xayalar, beyindəki noxud formalı hissə, onurğa beyni, onurğanın iki tərəfindəki piy, öd kisəsi, dalaq, sidik kisəsi, gözün hədəqəsi.

 

Exit mobile version