Quba-Xınalıq yolunda uçan körpünün aqibəti NECƏ OLACAQ? – Rəsmi AÇIQLAMA

İyulun 29-da sel daşqınları səbəbindən Quba-Xınalıq yolunun 42-ci kilometrində uçan körpü ilə bağlı redaksiyamıza müraciət daxil olub.

Ərazidə yaşayan vətəndaşlar Oxu.Az-a bildiriblər ki, oradakı taxta pilləkənləri özləri düzəldiblər. Hadisədən 1 aydan çox vaxt keçsə də, körpü hələ də təmir edilməyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən məsələ ilə bağlı layihə hazırlanıb və təqdim olunub:

“Yaxın günlərdə yəqin ki, yeni körpünün inşası istiqamətində addımlar atılacaq. Sürücülər Alpan-Susay-Xınalıq yolundan alternativ olaraq istifadə edə bilirlər”.

Məlumat üçün bildirək ki, haqqında danışılan körpü Qubanı 6 kəndlə – Cek, Haput, Qalayxudat, Xınalıq, Əlik və Qrız ilə birləşdirir.

 

 

Exit mobile version