Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin

Qazaxıstan hökuməti vətəndaşlarına qeyri-sabit vəziyyət səbəbindən Ukraynanın Odessa və Xarkov vilayətlərini tərk etməyi tövsiyə edib.

Obyektivtv.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Ukraynadakı səfirliyinin məlumatında deyilir.

“Ukraynanın Odessa və Xarkov vilayətlərində artan gərginlik və qeyri-sabit təhlükəsizlik vəziyyəti ilə əlaqədar Qazaxıstanın Ukraynadakı səfirliyi Qazaxıstan vətəndaşlarına bu bölgələri tərk etmək barədə düşünməyi tövsiyə edir”, – deyə bildirilir.

Exit mobile version