Noyabrın 28-dək ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək, yağış yağacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. 24News.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb. Məlumata əsasən, noyabrın 29-dan ölkə ərazisində günəşli və yağmursuz hava şəraiti davam edəcək. Havanın temperaturu gecə -1, gündüz isə +10 dərəcə təşkil edəcəyi proqnozlaşdırılır.