2023-cü il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 42 227 nəfərə çatıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
- Bildirilib ki, daha 98 464 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə son 24 saat ərzində Qəzza zolağında azı 52 nəfər ölüb, 128 nəfər yaralanıb.



















