Xəbər verdiyimiz kimi, aprelin 26-sı paytaxtın Yasamal rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Obyektivtv.az “Unikal”a istinadən xəbər verir ki, “Mercedes Sprinter”in “Shacman” markalı yük avtomobilinə çırpılması nəticəsində baş vermiş ağır yol qəzasında 38 yaşlı Orxan Cavadov vəfat edib.
Qeyd edək ki, Orxan Cavadovun atası Əlicavad Cavadov ötən ay dünyasını dəyişib. Orxanın meyitini deformasiyaya uğramış avtomobildən FHN-in xilasediciləri çıxarıblar.
