İsrailin Qəzza sektorunu atəşə tutması nəticəsində ölən uşaqların sayı 3,3 mini keçib.
Turantv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Qudraya brifinqdə məlumat verib.
Səhiyyə Nazirliyi bundan əvvəl ölən uşaqların sayının 3195 nəfərə çatdığını bildirmişdi:
“Sentyabrın 7-dən İsrailin Qəzza zolağında qurbanların sayı 8005 nəfər təşkil edib ki, onlardan 3324-ü uşaqdır. Hazırda dağıntılar altında 1000-dən çox uşaq qalıb”.