“Qəzzada 3,3 mindən çox uşaq həlak olub”

İsrailin Qəzza sektorunu atəşə tutması nəticəsində ölən uşaqların sayı 3,3 mini keçib.
Turantv.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Qudraya brifinqdə məlumat verib.
Səhiyyə Nazirliyi bundan əvvəl ölən uşaqların sayının 3195 nəfərə çatdığını bildirmişdi:
“Sentyabrın 7-dən İsrailin Qəzza zolağında qurbanların sayı 8005 nəfər təşkil edib ki, onlardan 3324-ü uşaqdır. Hazırda dağıntılar altında 1000-dən çox uşaq qalıb”.

Exit mobile version