Obyektivtv.az:- Fəaliyyəti dayandırılmış Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin keçmiş rektoru Müşfiq Atakişiyev uzun müddətli həbs həyatı yaşaya bilər.
Qaynarinfo xəbər verir ki, ona qarşı irəli sürülən ittihamlar belə deməyə əsas verir.
Məlumat üçün deyək ki, Müşfiq Atakişiyev “Təfəkkür” Universitetinin prorektoru olmuş Tariyel Əhmədovun qətlində ittiham edilir. Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da səhər saatlarında yaşadığı binanın qarşısında qətlə yetirlib.
Cari ilin aprelində onu qətlə yetirilməsində şübhəli bilinən Dəyanət Quliyev saxlanılıb. Sonradan o, istintaqa təqsirləndirilən şəxs qismində cəlb edilib. Dəyanət Quliyevə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Bu müraciətdən sonra araşdırmaları davam etdirib və nəhayət, Müşfiq Atakişiyev də təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Ona da 120.2.5-ci maddə ilə ittiham irəli sürülüb.
Bu maddədə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Beləliklə, Müşfiq Atakişiyevin təqsiri sübuta yetirilsə, onu minimum 14 il, maksimum isə ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Seyid