Cəmiyyət

Prezident yüksək vəzifəyə təyinat etdi – SƏRƏNCAM

Mecra.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin olunub.

 

Qeyd edək ki, R. Hacıəlibəyov 2022-ci ilin iyul ayından səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

 

O, rəqəmsal transformasiya sahəsində 30 illik təcrübəsi ilə Azərbaycanda HP, Microsoft və SAP kimi aparıcı qlobal informasiya texnologiyaları şirkətlərinin yerli nümayəndəliklərinə rəhbərlik edib. 2017-ci ildən etibarən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasının üzvüdür.

 

Azərbaycan Respublikasında informasiya texnologiyalarının inkişafına verdiyi töhfələrə görə Prezidentin 2021-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub

sehiyye-nazirine-yeni-muavin-teyin-olundu

 

 

 

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir