Bununla bağlı President.az məlumat yayıb.
Dövlət başçısının digər sərəncamı ilə, Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.