“Biz delimitasiya prosesinə Tavuş vilayəti və Azərbaycanın Qazax rayonunun dörd kəndindən başlamağa etiraz etmirik. Bu kontekstdə tez-tez belə bir sual səslənir: Tavuşda delimitasiya Ermənistanın təhlükəsizliyinə zəmanət verirmi? Cavab – vermir. Lakin bu məsələləri həll etməkdən imtina etmək ölkənin təhlükəsizliyi üçün təhdidlərin davam etməsinə zəmanət verir və bu zəmanət aradan qaldırılmalıdır”, deyə baş nazir bildirib.
Tavuşda delimitasiya Azərbaycanın digər hissələrdə 30-a yaxın erməni kəndini Ermənistana qaytarmağa razılaşacağına da zəmanət vermir. Bununla belə, delimitasiya həyata keçirilməlidir, deyə Paşinyan qeyd edib.