Bu gün Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun ad günüdür, Sadəlövlüyü ilə seçilən, təvazökar insan öz ad gününü Şəhid ailələri və Qazilərin evində, onların problemilərini dinləməklə keçirib.
Şəhid Şahin Zeynalovun ailəsində olub,onları narahat edən problemlər barədə səmimi söhbət edib.
Cənab başçının bu hərəkəti onu deməyə əsas verir ki, təkcə rayon rəhbəri kimi deyil, eyni zamanda qayğıkeş bir insandır.Rayona rəhbər təyin olunandan sonra rayonun inkişafı naminə, abadlıq quruculuq işlərini ön plana çəkərək yeni layihələrin həyata keçirilməsində, vətəndaşların daha rahat yaşaması üçün gördüyü işlər rayon sakinləri tərəfindən yüksək qiymətləndirilib.
Rafiq müəllim hər dəfə Səhid ailələri, Qazilər və müharibə veteranları ilə görüşəndə,ilk öncə bu həssas qrupun xüsusi diqqət və qayğıya ehtiyacı olduğunu,və cənab Prezidentin göstərişinə uyğun olaraq bunların sosial problemlərinin operativ şəkildə həll olunması dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu bir daha vurğulayır.
Bütün insani keyfiyyətləri ilə seçilən, Dövlətinə və millətinə xidmət edən çox hörmətli Rafiq müəllimə bu çətin və şərəfli işində uğurlar arzulayıram!
