Orta məktəbi ildırım vurdu, yanğın başladı

Zaqatalada orta məktəbdə yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonunun Əliabad qəsəbəsindəki 4 saylı tam orta məktəbdə qeydə alınıb.

İlkin ehtimala görə, yanğına səbəb məktəbi ildırım vurması göstərilir.

Yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib.

Exit mobile version