Nazirliklə keçmiş işçisi arasında qalmaqal davam edir – İş Ali Məhkəmədədir

Nazirliklə keçmiş işçisi arasında qalmaqal davam edir – İş Ali Məhkəmədədir

 

Bakı Apellyasiya Məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş işçisi Afət Şeyx-Zadənin şikayətini təmin etməyib.

 

Qaynarinfo xəbər verir ki, o, Ali Məhkəməyə kassasiya şikayəti verib. Rahib Nəbizadə iş üzrə hakim təyin edilib.

 

Afət Şeyx-Zadə ilə nazirlik arasında mübahisə o, işdən çıxardıldıqdan sonra yaranıb. Şeyx-Zadə işdən çıxarılmasını əsassız hesab edərək məhkəməyə müraciət edib.

 

Ətraflı

Nazirliklə keçmiş işçisinin arasında başqa qalmaqal da yaşanır. Bu Afət-Şeyxzadənin əlillik dərəcəsi ilə bağlıdır.

 

ƏƏSMN-nin keçmiş işçisi ikinci qrup əlil olub. Lakin nazirlik onun ikinci qrup əlillik dərəcəsini üçüncü qrupla əvəz edib.

 

Afət Şeyx-Zadə bu məsələni də məhkəmədə mübahisələndirib və qalib gəlib.

 

Exit mobile version