Musa Qurbanlı: “Arada düşünürəm ki, bəlkə səhv seçim etmişəm” – MÜSAHİBƏ

uğurları məni də sevindirir. Xaricdə yaşayan azərbaycanlı kimi sabiq klubumla fəxr edirəm. “Qarabağ”ın qazandığı uğurlara əcnəbilərin reaksiyasını görmək çox xoşdur. Onlar yaxşı mənada təəccüblənirlər, “Qarabağ”a hörmət edirlər. Həm “Qarabağ”, həm sabiq komanda yoldaşlarım, həm də atamın adına çox sevinirəm.

– “Qarabağ”ın Avroliqadakı çıxışını izləyərkən düşünmədiniz ki, kaş daha bir il də komandada qalardım…

– Heyətdə hazırda kifayət qədər yaxşı oyunçular var. Burda oynadığım üçün “Qarabağ” daim ürəyimdədir. Avroliqadakı matçlarda hər bir futbolçu istəyər ki, çıxış etsin. Amma qərarımı vermişəm. Hərənin öz yolu var, həm həyatda, həm də futbolda.

– Bu yaxınlarda Qurban Qurbanov belə bir fikir səsləndirdi ki, “Qarabağ”dan gedən futbolçular əksər hallarda yeni klubda parlaq çıxışla yadda qalmırlar. Ağdam klubunun sabiq futbolçusu kimi bu fikirlə razısınız?

– “Qarabağ” elə bir klubdur ki, orada sən işinə məsuliyyətlə yanaşırsansa, çox çalışırsansa, uğurlu olacaqsan. “Qarabağ” həqiqətən də fərqli komandadır. Bunu sözlə ifadə etmək çətindir.

Exit mobile version