Azərbaycan

MÜHARİBƏ ANONSU: Ermənistan 4-cü bənddən rəsmən imtina etdi!

mexanizm yaradıb-yaratmayacağımız barədə hələlik yekun qərar yoxdur. Bilirsiniz ki, Vaşinqtonda mənimlə Azərbaycan prezidentinin köməkçisi arasında Ceyk Sallivanın təşkil etdiyi görüşdə Azərbaycan və Dağlıq Qarabağ üçün respublika ermənilərinin (oyuncaq qurum nəzərdə tutulur – red.) hüquq və təhlükəsizliyini müzakirə eləmək üçün beynəlxalq mexanizmin yaradılmasına dair razılıq əldə olunub. Bu mexanizmlə bağlı hələ də aydınlıq yoxdur. Bunu sülh sazişi çərçivəsində, yoxsa bu sənəddən kənarda edəcəyimizə dair heç bir aydınlıq yoxdur”.

sakinlərini fiziki məhv olmaqdan qorumaqla” məşğuldur.

“Bu gün ona (Qarabağdakı qanunsuz silahlı dəstələrə – red.) həmişəkindən daha çox ehtiyac var. Dağlıq Qarabağ ermənilərinin etnik təmizləmə təhlükəsi aradan qalxanda düşünürəm ki, Qarabağ erməniləri digər mümkün ssenariləri müzakirə edə biləcəklər. Lakin hazırda biz ancaq bunu qeyd edə bilərik ki, onların faktiki mövcudluğuna təhlükə var”, – XİN rəhbəri bildirib.

Bakı ilə sülh istəyindən əsər-əlamət olmayan, beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlik, 10 noyabr (2020) üçtərəfli sənədindən imtina anlamı verən növbəti təxribatçı açıqlama. Hansı “Dağlıq Qarabağ”, hansı “artsax özünü müdafiə ordusu”? Bəs Ermənistanın imza atdığı kapitulyasiya sənədinin 4-cü bəndi? Harada ki, aydın şəkildə deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilir”.

Mirzəyanın nəzərinə: bu sənədə separatçılar, mifik “artsax” yox, məhz Ermənistan imza atıb! İşğalçı ölkə kimi, uduzan tərəf kimi üzərinə konkret öhdəlik götürüb. O zaman XİON başçısı öz cəfəng iddiaları ilə kimi aldatmaq istəyir? Başlıcası, qanunsuz erməni quldur birləşmələri Qarabağda qalacaqdısa, onda Bakı niyə Rusiya hərbçilərinin öz ərazisində müvəqqəti yerləşməsinə icazə verib? Azərbaycan müharibəni o şərtlə dayandırıb ki, yerdə qalan torpaqlarımızdan silahlı quldurlar ya özləri xoşluqla çıxıb gedəcək, ya da onları ruslar tərksilah edəcəklər. İki ildir bunların heç biri baş vermirsə, Bakının bu anlaşmadan imtina edib müharibəni qaldığı yerdən davam etdirməyə tam haqqı çatır!

Azərbaycanın, onun silahlı qüvvələrinin səbrini təzədən sınağa çəkməyi qriqoryanlara, mirzəyanlara və onların mənsub olduğu topluma məsləhət görməzdik…

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir