Dünya

Minə yaxın azərbaycanlı təxliyə edilib – Moskvadan AÇIQLAMA

Ötən gün Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Hadisə nəticəsində azı 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Modern.az terror aktının qurbanları arasında soydaşlarımızın olub-olmadığını dəqiqləşdirmək üçün Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyevlə əlaqə saxlayıb.

O saytımıza açıqlamasında deyib: “Moskvada Azərbaycanın Xalq artisti Röya Ayxanın da konserti olacaqdı. Konsertə görə toplanan 1000-ə yaxın azərbaycanlı uğurla evakuasiya olunub. İlkin məlumata əsasən, zərərçəkənlər arasında azərbaycanlılar yoxdur.”

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.