Monteneqroda keçirilən boks üzrə dünya birinciliyini həmyerlimiz Əli Abdullayev (63,5 kq) gümüş medalla başa vurub.
Bu barədə Asiya.az-a idmançının yaxınları məlumat verilib.
Masallı rayonunun Böyük Kolatan kəndindən olan gənc boksçu Azərbaycan Dövlət İdman Akademiyasının tələbəsidir.
Onun atası Fuad Abdullayev tanınmış boksçudur. O, Sankt-Peterburqda yaşayıb fəaliyyət göstərir.