Lvov atəşə tutuldu, 3 ölü, 35 yaralı – Yenilənib

Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Lvov şəhərinə raket zərbəsi endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Lvovun meri Andrey Sadovıy öz teleqram kanalında paylaşıb.

Zərbə nəticəsində 2 nəfər həlak olub, daha 23 nəfər isə yaralanıb.

***

Hadisə zamanı ölənlərin sayı 3-ə, yaralıların sayı isə 35-ə çatıb.

Xatırladaq ki, dünən Poltava şəhərinin ballistik raketlərlə atəşə tutulması nəticəsində 47 nəfər həlak olub, 206 nəfər isə xəsarət alıb.

Exit mobile version