Obyektivtv.az: Lənkəranın Füzuli küçəsi, 7 ünvanında tikilən yaşayış binasına görə poçtun ərazisinə qanunsuz müdaxilə olub. Tribunainfo.az cumhuriyyet.net-ə istinadla xəbər verir ki, binanın arxasındakı poçt şöbəsinin həyətində icazəsiz və qanunsuz şəkildə qazıntı aparılıb. Hadisə istirahət günü, yəni hamıdan gizlin həyata keçirilib. Bazar ertəsi poçt işə başlayanda məlum olub ki, qazıntı rabitə xətlərini zədələyib. Nəticədə Lənkəranın 2 saylı, 4202 nömrəli poçtunun fəaliyyəti iflic olub. Xəbərə görə, hüquq-mühafizə orqanları məsələni nəzarətdə saxlayır. Tikintiyə Hünər Hadızadə və Hikmət Əsədov adlı şəxslər rəhbərlik edirlər. Bildirilir ki, Lənkəranın icra başçısı Taleh Qaraşovu razı salmaq bu iki şəxsin iradəsi çatan məsələ deyil. İddialara görə, həmin tikintinin arxasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisi Cabbarov Fariz Musa oğlu dayanır. İH və adı keçən tərəfin mövqeyini dəqiqləşdirməyə hazırıq.
LƏNKƏRANDA QƏRİBƏ HADİSƏ – BAŞÇI RAZILIQ VERİB Kİ…
-
by admin - 110
- 0

Yorum bırak
Related Content
-
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
By admin 2 saat ago -
Vurulan gəmi Mənsimovundur – YENİLƏNİB
By admin 23 saat ago -
-
Cəlilabadda Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
By admin 5 gün ago -
Ermənistanda saxlanılan hərbçimizin kimliyi məlum oldu - 5 gündür itkin imiş
By admin 5 gün ago -
Cəlilabad rayonunda 27-sentiyabr anım günü qeyd olunub
By admin 1 hafta ago