Obyektivtv.az: Lənkəranın Füzuli küçəsi, 7 ünvanında tikilən yaşayış binasına görə poçtun ərazisinə qanunsuz müdaxilə olub. Tribunainfo.az cumhuriyyet.net-ə istinadla xəbər verir ki, binanın arxasındakı poçt şöbəsinin həyətində icazəsiz və qanunsuz şəkildə qazıntı aparılıb. Hadisə istirahət günü, yəni hamıdan gizlin həyata keçirilib. Bazar ertəsi poçt işə başlayanda məlum olub ki, qazıntı rabitə xətlərini zədələyib. Nəticədə Lənkəranın 2 saylı, 4202 nömrəli poçtunun fəaliyyəti iflic olub. Xəbərə görə, hüquq-mühafizə orqanları məsələni nəzarətdə saxlayır. Tikintiyə Hünər Hadızadə və Hikmət Əsədov adlı şəxslər rəhbərlik edirlər. Bildirilir ki, Lənkəranın icra başçısı Taleh Qaraşovu razı salmaq bu iki şəxsin iradəsi çatan məsələ deyil. İddialara görə, həmin tikintinin arxasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisi Cabbarov Fariz Musa oğlu dayanır. İH və adı keçən tərəfin mövqeyini dəqiqləşdirməyə hazırıq.
LƏNKƏRANDA QƏRİBƏ HADİSƏ – BAŞÇI RAZILIQ VERİB Kİ…
-
by admin - 104
- 0

Yorum bırak
Related Content
-
Belçikanın müdafiə naziri Atatürkün məzarında diz çökdü - Video
By admin 8 saat ago -
Qazaxda dövlət qurumunun əməkdaşı iş başında öldü
By admin 8 saat ago -
Səhhəti ağırlaşan Xalq artisti Arif Babayev Bakıya yola salınıb
By admin 3 gün ago -
Bu da Türkiyənin “Tayfun”u... - Video
By admin 4 gün ago -
Ağdamdakı yanğından yeni - Görüntülər
By admin 4 gün ago -
Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib
By admin 5 gün ago