Hurriyyet.az xəbər verir ki, Rusiyanın “Milli Müdafiə” jurnalının Baş redaktoru İqor Korotçenko öz “Feysbuk” hesabında yazıb: “Əgər SSRİ-nin rəhbəri bədnam Qorbaçov yox, Heydər Əliyev olsaydı, indi SSRİ dünyada 1 nömrəli dövlət olardı.
Qorbaçov Sovet İttifaqı Kommunist Partiyasının Nərkəzi Komitəsinin baş katibi kürsüsünə bütün yolları dövrələyən və qulaqlarını dolduran erməni lobbisinin əli ilə H.Əliyevi uzaqlaşdırır. Üstəlik, Raisa Qorbaçova – təkəbbürlü, yelbeyin və ağıldankəm – ABŞ-dakı erməni lobbisinin brilyantları ilə bəzənib-düzənirdi.
Hələ Pribaltikada separatçılar baş qaldırmazdan bir neçə il əvvəl məhz Qorbaçovun iradəsinin zəifliyindən istifadə edən erməni lobbisi Azərbaycan SSR-ə ərazi iddiaları irəli sürməklə və qanlı terror törədətməklə SSRİ-nin dağılması prosesini başlatdı.
Qarabağın Azərbaycana qayıtması, erməni separatçılarının administrasiyasının demontajı – tarixi ədalət aktıdır və Sovet İttifaqını məhv edənlərin cəzasıdır”.
Hürr Tərcüman