Hadisə

Kişi arvadını bıçaqlayıb qaçdı

Ağdaş rayonunda kişi arvadını bıçaqlayıb.

Oxu.Az-ın məlumatına görə, Möhlüd Şirinov qısqanclıq zəminində arvadı Ayişə Şirinovaya dörd bıçaq zərbəsi vurub. O, daha sonra hadisə yerindən qaçıb.

Bıçaqlanan qadın xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov saytımıza bildirib ki, hadisəni törədən şəxsin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.