İsmayıllıda məktəbli bıçaqlandı

Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Xanagah kəndində baş verib.

2003-cü il təvəllüdlü Hafiz Nəbiyev 2007-ci il təvəllüdlü yeniyetməyə bıçaqla xəsarət yetirib. Sonuncu xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov “Qafqazinfo”ya bildirib ki, hadisəni törədən Hafiz Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb, məhkəmə-tibbi ekspertizası təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

Exit mobile version