İrandakı aksiyalarda ölənlərin sayı artdı – Yenilənib

“Qafqazinfo” “Iran International” nəşrinə istinadən xəbər verir ki, aksiyalar zamanı 10 nəfər həlak olub.

Məlumata görə, etirazçılar polislə qarşıdurma zamanı güllələnib.

Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib.

***

17:05

“Iran Human Rights” qeyri-hökumət təşkilatının məlumatına görə, İranda 6 gündür davam edən aksiyalar zamanı həlak olanların sayı 31-ə çatıb.

***

İran dövlət televiziyası qeyri-rəsmi məlumatlara görə nümayişlər zamanı ölənlərin sayının 41-ə yüksəldiyini açıqlayıb.

Exit mobile version