İran Pakistandan izahat tələb edib

Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread. (AP Photo/Vahid Salemi)

İran raket zərbələri ilə bağlı Pakistandan izahat tələb edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin təhlükəsizlik qüvvələrində mənbəyə istinadən “Press TV” yayıb.

Mənbənin sözlərinə görə, İran ölkənin sərhədyanı yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı Pakistandan dərhal izahat verilməsini istəyib.

Xatırladaq ki, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Zərbələrin ardınca Pakistan İrana nota verib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb. Pakistan daha sonra İrandakı səfirini geri çağırıb. Yanvarın 18-i isə Pakistanın Hərbi Hava Qüvvələri İran ərazisinə raket zərbələri endirib.

 

Obyektivtv.az

Exit mobile version