Dünya

İran farsdilli ölkələr üçün birlik yaradılmasını təklif edib

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif farsdilli xalqlar arasında mədəni və sivilizasiya əməkdaşlığını gücləndirmək məqsədilə “Farsdilli ölkələr və regionlar birliyi”nin yaradılmasını təklif edib.

 

Tasnim xəbər verir ki, Arif bu təşəbbüslə Tacikistanın energetika və su ehtiyatları naziri Daler Cuma ilə görüşündə çıxış edib. O bildirib ki, İran və Tacikistanı birləşdirən ortaq dil, mədəniyyət və tarixi irs münasibətlərin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

 

⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə

 

Arifin sözlərinə görə, təklif edilən birlik farsdilli dünyada mədəni və sivilizasiya əməkdaşlığını yeni səviyyəyə qaldıra bilər və bu məsələ İran-Tacikistan təmaslarında ciddi şəkildə müzakirə edilməlidir.

 

Tacikistan naziri Daler Cuma isə iki ölkə arasında iqtisadi, enerji, nəqliyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu bildirib.

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir