Hacıqabul rayonunda yerləşən “Qədir Xum” restoranından müştəri şikayəti olub. “Azərbaycan Reallığı” xəbər verir ki, restoranın müştərisi olan Alibəy Zeynallı sosial şəbəkədə və özünün “Facebook” hesabında sözügedən restorana məxsus hesab çekini paylaşaraq, bunları yazıb:
Hacıqabulda “Qədir Xum” restoranında spirtli içiki vermirlər, amma 2 şiş hinduşkaya 30 manat alırlar. Kababın üstünə səpilən soğan və göyərti qarışığının qiyməti belə ayrı hesablanır (3 manat). Hesaba baxın 40 man 90 qəpik. Spirtli içki versəniz bundan yaxşıdı. Soyğunçuluqdu. 4 manatlıq şorabadan üfunət iyi gəlirdi. Din pərdəsi altında nələr etmirsiniz?
Daha sonra isə restoranda qida zəhərlənmələri barədə məlumatlar xəbər saytlarında dərc olundu. Görünən odur ki, restoran rəhbərliyi baş verən hadisələrdən hələ bir nəticə çıxarmayıb və soyğunçuluq siyasətinə davam edir.
Redaksiya olaraq, qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Obyektivtv.az