Gürcüstan və Azərbaycan arasında sərnişin daşınmaları bərpa olunur

Tbilisi–Bakı arasında sərnişin qatarları 6 illik fasilədən sonra bərpa olunur.

 

Obyektivtv.az Operativ Mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

 

Bildirilir ki, Tbilisi–Bakı arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı 26 may tarixindən etibarən yenidən fəaliyyətə başlayacaq.

 

Məlumata görə, qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıya səfəri çərçivəsində Azərbaycan tərəfi ilə imzalanmış İkitərəfli Koordinasiya Şurasının protokolu əsasında qəbul olunub.

Exit mobile version