Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsində nələr baş verir?

Turantv.az: Bir neçə dəfədir ki, Göyçay rayon Yol Polis Şöbəsinin iş fəaliyyətindən sosial şəbəkələrdə yazı dərc olunubdur.
Təəssüflər olsun ki, hələdə problemlər öz aktuallığını saxlayır.
Ölkə ərazisində yol nəqliyyat hadisələrinin heç də hamısının səbəbi yüksək sürət deyil. ​ Bu hadisələrin çoxsaylı olmasında ​ Yol Polisinin üzərinə böyük məsuliyyət düşür.​
Sürücülərin yol hərəkət nişanlarının tələblərin bilməməsi və sürücülük vəsiqəsi almaq üçün, imtahan verib nəticələri məqbul olmayan, ​ sürücülük vəsiqəsi sahibləridir ki, bu gün çoxsaylı qəzalar törədirlər.
Sürücülərin yol nişanını, yol hərəkət qaydalarını kobud şəkildə pozması, qəza törətməsi sübut kimi götürmək olar.
Son illər Statistikaya baxsaq Yol qəzalarında həlak olanların böyük hissəsi gənclər olubdur. Buda çox acınacaqlıdır.​
Bununla bağlı çoxsaylı yazılarımız dərc olunubdur. Amma nəticə get-gedə dahada pisləşir.
Göyçay rayonun küçələrinin hər addımında nəinki yol kənarları boyunca düzülən, həmçinin bununla kifayətlənməyib, səkilərə dırmaşan avtomobilləri görmək mümkündür.
Buda Göyçay rayon ​ vətəndaşlarının arasında ciddi narazılığına gətirib çıxardır.
Yol nişanlarının pozulması, piyada keçid zolaqlarında məşınların dayanmadan hərəkəti, piyadaların hərəkətini çətinləşdirir.
Yol vərəqəsi olmayan, sürücülük vəsiqəsi uyğun olmayan, sərnişin daşıyan avtomobillərin texniki baxışdan keçməməsi, avtomobillərin salonlarının natəmiz olması, Gigiyena baxımında yanaşsaq müxtəlif xəstəliklərin yaranmasına səbəb olar.
Göyçay Rayon ​ ərazisində ​ avtoxuliqanlıq edərək ictimai-asayişi kobud şəkildə pozan və bununla da vətəndaşların narazılığına səbəb olan sürücülərdə az deyil.
​ Qeyd edim ​ ki, Göyçay şəhərində, “Qarabağ Qazisi” adı altında avtoxuliqanlıq edin bir neçə şəxslər vardır.
Sözü gedən ​ avtoxuliqanlar bir çoxu “sovet maşınları”nın qabaqlarını qaldıraraq, arxa hissələrinin “purjun”larını kəsdirərək, səsgücləndirici siqinallardan istifadə edərək, şəhər əhalisinin ictimai-asayişini pozurlar.
​ Nəzərinizə çatdırım ki, ​ Şəki Regional Polis İdarəsindən hər yazımızda gülməli bir açıqlama verdilər. Guya ki, biz qərəzli yazı dərc etmişik, belə hallar mövcud deyil.
Baş Dövlət Yol Polis İdarəsindən Göyçay Rayonunda Monitorinq aparılsa yazılanlar təsdiqini tapar.
Mövzuya qayıdacayıq.
Exit mobile version