Bu gün Azərbaycanın bütün bölgələrində “Son zəng “günü qeyd olunub,bəzi məktəblərdə icazəli olub,bəzi məktəblərdə qadağan olunub.
Qısa araşdırma apararaq belə qənaətə gəldik ki, təhsil nazirinin xüsusi göstərişi olub ki,məktəblərdə yalnız məktəbli formasında son zəng keçirilə bilər.
Mən burdan təhsil naziri Emin Əmrullayevə sual vermək istəyirəm ki,doqquz aydır məktəblərdə nə baş verir,şagirdlər hansı formada dərsə gəlib məlumatınız varmı?
Biri dizi yamaqlı geyir,biri mayçnı geyir,birisi şəpitlə gəli və s.İndi durub göstəriş vermək,necə deyərlər daldan atılan daşa bənzəyir.
Üstəlik Gəncə şəhərində özünüz şəxsən müxtəlif geyimdə olan şagirdlərlə birlikdə son zəngi qeyd edərək,imzalama kampaniyası keçirirsiniz,buna nə ad vermək olar?
Cəlilabadda isə məktəbli forması tətbiq etmisiz,məyər Cəlilabad rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində fərqli qanun tətbiq etmisiz?
