Elçin Sadıqovun vəkillik fəaliyyətinin bərpa edildiyi deyilir.
Turantv.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərar qəbul edib.
Qərara əsasən E.Sadıqovla bağlı 06.07.2023-cü il tarixli qərar ləğv olunub, o, vəkillik fəaliyyətinə bərpa edilib.
İşə obyektiv rəy verilməsi üçün yenidən intizam icraatına göndərilib.
Qeyd edək ki, bu ilin iyul ayında Elçin Sadıqov Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılmışdı.
Elçin Sadıqovun vəkillik fəaliyyəti bərpa edildi – KİV
