Obyetivtv.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun müaviq əmri ilə Bilalov Elçin Ağarza oğlu Kürdəmir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyin olunub.
Elçin Bilalov 2016-2021- ci illərdə Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. E.Bilalov vaxtilə Göyçayda fəaliyyət göstərən “Təbabət” klinikasının rəhbəri olub.
Xatırladaq ki, 19 fevral tarixində E.Bilalov kollektivə təqdim ediləcək.
Təbriklər və Uğurlar, Elçin həkim.