Son günlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları qanunsuz əməlləri ilə medianın gündəmindədir.Qurumda bir neçə şəxsin həbs edilməsi ciddi nöqsanların olmasından xəbər verir.Həmçinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi də son günlər ziddiyyətli qərarları ilə müzakirə mövzusudur.Sosial şəbəkələrdə yayılan məlumata görə,ayağında 5 barmaq əvəzinə 3 barmaq olan 25 yaşlı Fəzail Amil oğlu Abbasquliyev yararlı kimi hərbi xidmətə qəbul edilib. Qurum isə rəsmi açıqlamasında vətəndaşın bu vəziyyətdə sağlam kimi qəbul edildiyini qeyd edir.


Sözügedən qurumdan daha bir şikayətçi Nihat Novruz oğlu Aslanovdur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və tibb mərkəzləri “yararsız” desə də, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim komissiyası vətəndaşın sağlam olmasını deyir.
















